featured-image-23976

“Barselona”nın İspaniya La Liqasının 23-cü turunda “Almeriya”ya uduzması (0:1) “Real”ın WhatsApp qrupunda maraqlı müzakirələrə səbəb olub.

Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, Kataloniya klubunun gözlənilməz məğlubiyyəti “Real” düşərgəsində canlanma yaradıb.

Futbolçular qrupda bu şad xəbərlə bağlı xeyli yazışıblar. Hətta “Barsa”nın büdrəməsi ilə bağlı müxtəlif zarafatlar edənlər də olub.

“Kral klubu”nun bəzi üzvləri əmindirlər ki, çempionluq mübarizəsində əsas rəqiblərinə çata bilərlər.

Karlo Ançelotti və onun məşqçilər korpusunu da “Barselona”nın xal itkisi çox sevindirib. İtaliyalı mütəxəssis “Atletiko” ilə bərabərlikdən (1:1) sonra komandasına yönəlmiş tənqidlərə çox əsəbləşib. O, hesab edir ki, Çempionlar Liqasında “Liverpul” üzərində parlaq qələbə (5:2) kölgədə qalıb.

Qeyd edək ki, “Real” və “Barselona” martın 2-də İspaniya kubokunun yarımfinalında üz-üzə gələcəklər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər