featured-image-26636

“Barselona”nı Çempionlar Liqasından uzaqlaşdırsalar, klub UEFA-dan 100 milyon avro tələb edə bilər.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Avropa futbol qurumu hazırda “Neqreyra işi”ni araşdırır. Əgər UEFA Kataloniya təmsilçisini ÇL-dən kənarlaşdırarsa, klub məhkəməyə müraciət edib kompensasiya istəyəcək.

“Barsa” hər il ÇL-dən 100 milyon avro gəlir əldə edir. Bura sponsor gəlirlərindən gələn ziyan da daxil edilib.

Nəşrin yazdığına görə, İspaniya məhkəməsi “Neqreyra işi” ilə bağlı qərar qəbul etməyənə qədər UEFA da gözləməlidir. Əks halda, “Barselona” Aleksandr Çeferinin rəhbər olduğu təşkilatı məhkəməyə verə bilər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər