featured-image-61202

İspaniya Kubokunun 1/4 finalında “Valensiya”nın qonağı olan “Barselona” böyükhesablı qələbə qazanıb.

Msport.az xəbər verir ki, kataloniyalılar rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Bu, “Valensiya”nın ölkə kuboku tarixində ən ağır ev məğlubiyyətini olub. “Yarasalar” indiyə qədər heç vaxt kubok çərçivəsində doğma arenasında 5 top fərqi ilə uduzmamışdı.

Buna qədər antirekord 1950-51 mövsümündə “Real”la 1/8 final oyununa məxsus idi. Həmin vaxt madridlilər səfərdən 5:1 hesablı qalibiyyətlə dönmüşdü.

Qeyd edək ki, “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad” ölkə kubokunda yarımfinala yüksəliblər.

Bənzər xəbərlər