“Barselona” və “Liverpul”dan qələbə, “Atletiko” məğlub oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna yekun vurulub.
Msport.az xəbər verir ki, azarkeşlə son oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
Günün ən maraqla gözlənilən görüşü İspaniyada keçirilib. “Barselona” evdə “Bavariya”nı (Almaniya) 4:1 hesabı ilə məğlub edib.
“Mançester Siti” komandası isə doğma meydanda Çexiya “Sparta”sının qapısında 5 cavabsız top keçirib.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi
III tur
“Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya) – 0:0
“Brest” (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:1
“Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya) – 5:0
“Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) – 0:1
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 4:1
“Atletiko” (İspaniya) – “Lill” (Fransa) – 1:3
“Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland) – 1:3
“Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2
“Yanq Boys” (İsveçrə) – “İnter” (İtaliya) – 0:1
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turuna noyabrın 5-də start veriləcək.