featured-image-16153

“Arsenal”ın baş məşqçisi Mikel Arteta gələcəkdə “Barselona”nın “sükanı arxasına” keçə bilər.

Msport.az “sport.es”-ə istinadən xəbər verir ki, “Barsa” Artetanın “Arsenal”dakı işinə və London komandası ilə əldə etdiyi inkişafa biganə deyil.

Həmçinin, ispaniyalı məşqçi, klubun dəyərlərinə bələd olan və hazırda “Mançester Siti”də çalışan Pep Qvardiolanın yanında işləyib. O, gələcəkdə Kataloniya klubunun baş məşqçi postuna əsas namizəd olacaq.

Kataloniya klubunun rəhbərliyi təkcə “Arsenal”ın Artetanın başçılığı altındakı çıxışına deyil, həm də, onun paltardəyişmə otağını idarə etmə tərzinə rəğbət bəsləyir. Artetanın “Barsa”nın direktoru Mateu Alemani və idman direktoru Jordi Kroyffla da çox yaxın münasibəti var.

“Arsenal” Premyer Liqada 12 matçdan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər