“Barselona” Xavini buraxmaq istəmir
Xavi “Barselona” ilə müqavilə müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi baş məşqçisi ilə yollarını ayırmaq istəmir. Tərəflərin yeni müqaviləsinin 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub.
İspaniyalı mütəxəssisin “Barsa” ilə müqaviləsi bir ildən sonra yekunlaşacaq.
43 yaşlı məşqçi 2021-ci ildə “Əl-Sədd”dən ayrılaraq “Barselona”ya keçib.