featured-image-77204

“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.

Msport.az xəbər verir ki, 26 yaşlı argentinalı forvard Kataloniya təmsilçisinin 2026-cı ilin yayı üçün əsas transfer hədəfinə çevrilib.

“Barselona” bu keçid üçün 100 milyon avro xərcləməyə hazırdır. Alvares 2024-cü ilin avqustundan “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Hücumçu 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər