“Şəfa” “İmişli”yə, “Zirə” “Neftçi”yə qarşı
Azərbaycan Premyer Liqasında 13-cü tura bu gün start veriləcək.
Msport.az xəbər verir ki, “İmişli” Yevlaxda çempionatın autsayderlərindən olan “Şəfa” ilə qarşılaşacaq. Paytaxt klubu bu oyunda da xal qazanmasa, baş məşqçi Zaur Həşimov istefaya göndərilə bilər.
Turun mərkəzi matçında lider “Neftçi” “Zirə”ni qəbul edəcək. İlk dövrədə keçirilən oyunda “Zirə” “Neftçi”ni üstələyib – 1:0.
27 noyabr
Azərbaycan Premyer Liqası, 13-cü tur
14:30. “İmişli” – “Şəfa”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov, Nicat İsmayıllı (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov, Kamal Umudlu (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”
28 noyabr
“Turan Tovuz” – “Kəpəz”
“Sabah” – “Araz-Naxçıvan”
29 noyabr
“Şamaxı” – “Qəbələ”
“Qarabağ” – “Sumqayıt”







