featured-image-27148

“Barselona” XXI əsrdə ilk dəfə evdə 4 top fərqlə uduzub. Msport.az xəbər verir ki, Xavinin komandası “Kamp Nou”da “Real”a 0:4 hesabı ilə məğlub olaraq İspaniya kubokunda mübarizəni dayandırıb.

Kataloniya klubu doğma divarlar arasında son dəfə belə acı məğlubiyyəti 1997-ci ildə alıb. Həmin vaxt Şevçenkolu, Rebrovlu Kiyev “Dinamo”su Çempionlar Liqasının qrup mərhələsində “Barsa”nın qapısından 4 cavabsız top keçirmişdi.

“Barselona” öz meydanında 1963-cü ildən bu yana “Real”a bu cür böyük hesabla uduzmurdu.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər