featured-image-40380

“Atletik Paranaense”nin futbolçusu Vitor Roke İspaniyanın “Barselona” klubuna keçməzdən əvvəl Braziliya klubu üçün son matçını “Santos”a qarşı keçirib.

Msport.az xəbər verir ki, matça start heyətdə başlayan 18 yaşlı hücumçu 84-cü dəqiqədə əvəzlənib.

O, meydanı tərk edərkən tribunaları alqışlayıb, bununla da azarkeşlərlə vidalşıb.

“Transfermarkt” portalınına məlumatına görə, Kataloniya təmsilçisi Vitor Roke üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.

Bənzər xəbərlər