featured-image-43133

İngiltərənin “Brayton” klubunun futbolçusu Kaoru Mitoma karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Barselona” yaponiyalı vingerlə maraqlanır.

Kataloniyalılar 26 yaşlı oyunçunun hücum xəttini gücləndirəcəyini düşünür. Rəhbərlik mövsümün sonunda onun transferini reallaşdırmağa çalışacaq. “Barselona” müqaviləyə hücumçusu Ansu Fatini də daxil etməklə, transfer qiymətini azaltmağı planlaşdırır. Fati hazırda “Brayton”da icarə əsasında çıxış edir.

Qeyd edək ki, Kaoru Mitoma 2021-ci ildən “Brayton”un formasını geyinir. O, bu mövsüm 24 oyunda 3 qol vurub, 5 assist edib.

Bənzər xəbərlər