Baş direktor Alonsonun klubda qalacağına inanır
Almaniyanın “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonsonun Leverkuzen təmsilçisindəki taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Bundesliqa klubunun baş direktoru Fernando Karro ispaniyalı mütəxəssisin komandada qalacağına inanır.
O, Alonsonun müqaviləsinin sonuna qədər Bundesliqa təmsilçisindən ayrılmayacağını bildirib: “Xabi Alonsonun sözləşməsi 2026-cı ilə qədərdi. Onun burada qalacağına şübhə etmək üçün heç bir əsas yoxdu. Futbolda nə baş verəcəyini heç vaxt dəqiq bilmirsən. Ancaq biz Alonsoya tam etibar edirəm. Onunla əla münasibətimiz var”.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən “Bayer”də işləyir.