Baş məşqçi döyüldü
Polşanın “Zaqlembe” klubunun azarkeşləri komandanın baş məşqçisi Aleksandr Xatskeviçi döyüblər.
Msport.az “Meczyki” portalına istinadən xəbər verir ki, məşq zamanı bir qrup azarkeş klubun bazasına gələrək meydançaya çıxıb.
Məhz orada belaruslu mütəxəssisə xəsarət yetirib. Xatskeviçə sifət nahiyəsindən zərbələr endirildiyi və ona bir neçə dəfə təpik atıldığı da iddia olunur.
50 yaşlı məşqçi 2024-cü ilin yanvar ayında komandaya dəvət edilib. Onun rəhbərliyi altında klub altı oyun keçirib, bu oyunda dörd məğlubiyyət alıb, iki dəfə heç-heçə edib.Mütəxəssis əvvəllər “Rotor”, “Dinamo”(Kiyev), “Karmiotissa”, “Vitebsk” klublarını və Belarus millisini çalışdırıb.
“Zaqlembe” Polşa çempionatında birinci liqada çıxış edir. 25 turun nəticələrinə əsasən, komanda 13 xal toplayaraq sonuncu, 18-ci yerdədir.