featured-image-57671

Türkiyənin 3-cü Liqasında mübarizə aparan “Çorluspor 1947″nin məşqçisi Ersin Aka öldürülüb.

Msport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis şəhər gəzintisi zamanı naməlum şəxs tərəfindən tapançadan açılan atəşlə güllələnib.

Aka bu gün günorta saatlarında baş verən hadisə sonrası xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhum daha əvvəl “Karşıyaka” və “Rizəspor” kimi klublarda da işləyib.

Bənzər xəbərlər