Baş məşqçi Suareslə maraqlandıqlarını təsdiqlədi
ABŞ-ın “İnter Mayami” klubunun baş məşqçisi Xerardo Martino uruqvaylı futbolçu Luis Suareslə maraqlandıqlarını təsdiqləyib.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis yeni mövsümdən əvvəl 36 yaşlı hücumçunu heyətinə qata biləcəklərini söyləyib.
Daha əvvəl təcrübəli forvardın Braziliya təmsilçisi “Qremio”dan ayrılmaq istədiyi bildirilib. O, bu mövsüm 27 oyunda 9 qola imza atıb.
Qeyd edək ki, “İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Alba da çıxış edir. Suares 2014 – 2020-ci illərdə Kataloniya klubunun formasını geyinib.