featured-image-20044

Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçisi Azubuike Okeçukvu Super Liqa təmsilçisindən ayrılıb.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu TFF 1-ci liqa təmsilçisi “Rizəspor”a transfer olunub. Lakin transferin detalları açıqlanmayıb.

Okeçukvu 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi. O, İstanbul təmsilçisində 47 oyun keçirib.

Azubuike daha öncə də “Rizəspor”da forma geyinib. O, 2019-cu ildə bu komandanın heyətində 14 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Nigeriyalı futbolçu “Piramids”, “Bayelsa Yunayted”, “Sivasspor” və “Yeni Malatyaspor”da da oynayıb.

Bənzər xəbərlər