“Bavariya” 140 milyonluq futbolçu ilə müqaviləni yenilədi
“Bavariya” futbolçusu Camal Musiala ilə yeni müqavilə imzalayıb.
Msport.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin sözləşməsinin müddəti 2030-cu ilin yayınadək uzadılıb.
Gənc vinger bununla bağlı təəssüratlarını bölüşüb: “Həqiqətən xoşbəxtəm. “Bavariya” dünyanın ən böyük klublarından biridir. Peşəkar futbolda ilk addımlarımı burada atmışam. Əminəm ki, yaxın illərdə daha böyük uğurlar qazana bilərik. Münhendə özümü evimdəki kimi hiss edirəm”.
Qeyd edək ki, Musiala bu mövsüm “Bavariya”da 30 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 140 milyon avrodur.