featured-image-43740

Almaniyanın “Bavariya” klubu 9 ildən sonra antirekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, bu, Münhen təmsilçisinin XXII turda səfərdə “Bohum”a 2:3 hesabı ilə uduzması sayəsində reallaşıb.

Bu, Tomas Tuxelin baş məşqçilik etdiyi kollektivin ardıcıl üçüncü məğlubiyyətidir.

Əvvəlki turda “Bayer 04″ə yenilən (0:1) komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin İtaliyadakı ilk görüşündə “Latsio”ya uduzub – 0:1.

Qeyd edək ki, hazırkı ölkə çempionu sonuncu dəfə 2015-ci ilin mayında 3 rəsmi qarşılaşmada məğlub olub.

Bənzər xəbərlər