featured-image-62757

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçi Yozua Kimmixlə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2015-ci ildən “Bavariya”nın formasını geyinən 30 yaşlı futbolçu bu müddətdə meydana çıxdığı 429 oyunda 43 qol, 115 məhsuldar ötürmə ilə yadda qalıb.

O, ümumilikdə 8 dəfə Bundesliqa çempionluğu yaşayıb, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Çempionlar Liqasının və ölkə Superkubokunun qalibi olub. Kimmix klublararası dünya çempionatının və Avropa Superkubokunun da qalibi adını qazanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu Almaniya Bundesliqasında cari mövsümdə meydana çıxdığı 23 oyunda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Bənzər xəbərlər