featured-image-62029

“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmixin Almaniya Bundesliqasında “Ayntraxt”a qarşı oyunda əvəzlənməsinin səbəbi bəlli olub.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu sol dizindəki problemə görə görüşü davam etdirə bilməyib.

Almaniyalı oyunçu 43-cü dəqiqədə Leon Qoretski ilə əvəzlənib. Kimmixin hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.

Qeyd edək ki, “Ayntraxt”la oyun “Bavariya”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər