“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı
“Bavariya” Çempionlar Liqası mövsümünə ardıcıl 22-ci qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, Vensan Kompaninin komandası ümumi mərhələnin birinci matçında “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib.
Münhen klubu son 22 mövsümdə 1-ci tur qalib gəlib, bu isə Çempionlar Liqasının rekordudur. “Bavariya” sonuncu dəfə 2002-ci ilin sentyabrında “Deportivo”ya 3:2 hesabı ilə uduzduğu zaman startda qalib gələ bilməyib.