featured-image-41964

Almaniya Bundesliqasının XVII turunda “Hoffenhaym”la oyun “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper Münhen təmsilçisində 500-cü matçına çıxıb.

O, bu göstəriciyə görə üçüncü pillədə yüksəlib. İlk sıralarda müvafiq olaraq Tomas Müller (685) və Filip Lam (517) yer alıblar.

Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər