“Bavariya”da ayın futbolçusu
Almaniyanın “Bavariya” klubunda yanvar ayının ən yaxşı futbolçusu bəlli olub.
Msport.az xəbər verir ki, bu ada yarımmüdafiəçi Aleksandr Pavloviç layiq görülüb.
Serbiyalı 19 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən birinci yeri tutub. O, yanvarda üç matçda iştirak edib və bir qol vurub.
Qeyd edək ki, bu, onun “Bavariya”da ilk mükafatıdır. Əvvəl Harri Keyn üç ay dalbadal Münhen təmsilçisində ayın futbolçusu seçilib.







