“Bavariya”da Noyeri əvəzləyə biləcək qapıçılar
Almaniyanın “Bavariya” klubu 37 yaşlı qapıçısı Manuel Noyeri əvəzləyə biləcək qapıçıların qısa siyahısını hazırlayıb.
Msport.az “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir ki, bunlar “Milan”dan 28 yaşlı Mik Menyan, Dortmund “Borussiya”sından 25 yaşlı Qreqor Kobel, “Ştutqart”dan 27 yaşlı Aleksandr Nyubeldir.
Qeyd edək ki, Manuel Noyerin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, 2011-ci ildən bu komandanın uğurları üçün çalışır.







