“Bavariya”da Noyeri əvəzləyən qapıçı antirekorda imza atdı
“Bavariya”nın qapıçısı Yonas Urbiq Almaniya Bundesliqasının XXIX turunda Dortmund “Borussiya”sı ilə matçda (2:2) antirekord müəyyənləşdirib.
Msport.az xəbər verir ki, 21 yaşlı qolkiper Münhen klubunun tarixində Bundesliqada keçirdiyi ilk 5 matçın hər birində top buraxan ilk qapıçı olub.
Qeyd edək ki, Urbiq əzələ zədəsi səbəbindən meydanı tərk edən Manuel Noyerin yoxluğunda məşqçilər korpusunun ilk seçimi olub.