“Bavariya”da yeni müqavilə
Almaniyanın “Bavariya” klubu futbolçusu Tomas Müllerlə müqavilənin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin fəxri prezidenti Uli Hönes “Servus TV”yə müsahibəsində deyib.
Funksioner sözləşmənin 2025-ci ilin yayınadək artırılacağını söyləyib.
Qeyd edək ki, Tomas Müller 2008-ci ildən əsas komandanın formasını geyinir.







