“Bavariya”da yeni müqavilə hazırlığı
Dayot Upamekano “Bavariya” ilə müqaviləsini yeniləyəcək.
Msport.az xəbər verir ki, Münhen klubunun 26 yaşlı müdafiəçi ilə danışıqları müsbət məcrada davam edir.
Tərəflər bütün detallarda razılaşmaq üzrədir. Yeni sözləşmənin müddəti hələ müəyyənləşməyib. Lakin çox güman ki, saziş 2030-cu ilə qədər imzalanacaq. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, Upamekano 2021-ci ildən “Bavariya”da çıxış edir.