“Bavariya”dan antirekord
Almaniyanın “Bavariya” komandası antirekorda imza atıb.
Msport.az xəbər verir ki, bu Münhen təmsilçisinin səfərdə “Bayer”ə 0:3 hesabı ilə uduzduğu Bundesliqa matçında gerçəkləşib.
Hazırkı ölkə çempionu 29 ildən sonra ilk dəfə qol şansı yaratmadığı bir oyun keçirib. “Bavariya” qarşılaşmada bir dəfə də olsun rəqib qapıçısını narahat edə bilməyib.
Münhenlilər sonuncu dəfə 1995-ci il noyabrın 10-da bu halla üzləşmişdi. Həmin vaxt komanda “Hanza” ilə qolsuz bərabərə qalıb.
Qeyd edək ki, “Bavariya” 50 xalla Bundesliqada turnir cədvəlinin 2-ci pilləsindədi.