featured-image-71060

“Bavariya” tarix yazmağa davam edir.

Msport.az xəbər verir ki, Bundesliqanın IX turunda komanda Mönhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edərək mövsümün əvvəlindən etibarən bütün turnirlərdə 13-cü qələbəsini qazanıb.

Bu nəticə XXI əsrdə Avropanın aparıcı 5 liqasına daxil olan klublar arasında yeni rekord olub. Daha əvvəl oxşar starta “Milan” 1992/93 mövsümündə imza atmışdı, lakin “Bavariya” qol fərqinə görə İtalya klubunu üstələyib (47:9 əvəzinə 45:13).

Qələbəni “Bavariya”ya Kimmiş, Gerreyro və Karlın qolları qazandırıb. Bundesliqada maksimum – 24 xalla liderliyini davam etdirən Münhen təmsilçisi növbəti oyununu oktyabrın 29-da “Köln”ə qarşı keçirəcək.

Bənzər xəbərlər