featured-image-68943

“Milan”ın mərkəz müdafiəçisi axtarışı nəticəsiz qalıb.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın idman direktoru İqli Tare Cənubi Koreya millisinin üzvü Kim Min Jaeyə böyük maraq göstərsə də, “Bavariya” onu satmaq niyyətində deyil.

“Milan” Münhen klubu ilə ilkin təmas qurub, ancaq qəti cavab alıblar – 28 yaşlı müdafiəçi satış siyahısında yoxdur.

Kim Min Jaenin adı daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə də transfer şayiələrində hallanırdı. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər