“Bavariya”dan yeni transfer
Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Msport.az xəbər verir ki, bu barədə məşhur insaydere Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Münhen təmsilçisi İspaniyanın “Qranada”da komandasında çıxış edən Bryan Saraqosa ilə müqavilə imzalayacaq.
O, mövsümün sonunadək “Qranada”da qalacaq.







