“Bavariya” darmadağınla başladı - VİDEO
Almaniya Bundesliqasında yeni mövsümə start verilib.
Msport.az xəbər verir ki, “Bavariya” I turda “Leypsiq”i darmadağın edib.
Harri Keynin het-trik, Maykl Olisenin dubla imza atdığı görüşdə yeni transfer Luis Dias debütünü qolla qeyd edib. Nəticədə “Bavariya” rəqibini 6:0 hesabı ilə üstələyib.