“Bavariya” fransalı müdafiəçini istəyir
“Mançester Yunayted”in futbolçusu Rafael Varanın “Bavariya”ya keçmək ehtimalı var.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Münhen təmsilçisi mümkün transferin təfərrüatlarını hazırlayır. Ölkə çempionu yanvarda fransalı müdafiəçi ümün “qırmızı şeytanlar”a təkliflə müraciə edə bilər.
Qeyd edək ki, Varan cari mövsüm Mançester klubunda 15 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.







