featured-image-38885

Almaniyanın “Bavariya” klubu futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzatmaq istəyir.

Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin nümayəndələri danışıqlara başlamazdan əvvəl mövsümün sonunadək gözləmək niyyətindədirlər.

Musiala illik 8 milyon avro maaş alır. Onun daha yaxşı razılaşma əldə edəcəyi gözlənilir. Futbolçunun hazırkı sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər