featured-image-44533

İtaliyanın “Latsio” komandasının futbolçusu Çiro İmmobile Almaniyada “Bavariya”ya qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu il bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, Roma təmsilçisinin turnirdə daim iştirak edən kollektiv olmadığını söyləyib.

“Biz özümüzlə fəxr edirik. Bugünkü matçda yaxşı çıxış etmək niyyətindəyik. Rəqibimizə də hörmət etməliyik. Biz cüzi üstünlüyə malikik. Lakin gərgin vəziyyətə düşəcəyimizi də bilirik”.

Qeyd edək ki, qarşılaşma saat 00:00-da başlanacaq. Romadakı ilk dueldə “Latsio” qələbə qazanıb – 1:0.

Bənzər xəbərlər