“Bavariya” kapitanı ilə müqaviləsini yeniləyir
Yozua Kimmix kapitanı olduğu “Bavariya” ilə yeni müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin maaşı da artırılacaq.
Almaniya millisinin üzvü münhenlilərlə sözləşməsini 2028-ci ilə uzadacaq. Bundesliqa təmsilçisi yaxın günlərdə bu sövdələşməni açıqlayacaq. Kimmixin məvacibi 19 milyon avrodan 22 milyona yüksəldiləcək. Bununla o, komandanın ən çox maaş alan üçüncü oyunçusu olacaq.
Ən yüksək ödənişli olan Harri Keyn və Camal Musialanın illik qazancı 25 milyon avrodu. Yozua, həmçinin imza bonusu da alacaq.