“Bavariya” Keyni transfer etmək üzrədir
“Tottenhem”in hücumçusu Harri Keyn “Bavariya”ya keçməyə yaxındır.
Msport.az xəbər verir ki, alman klubu 30 yaşlı hücumçu üçün 100 milyon avro təklif edib. Münhenlilər bu həftə ingiltərəli hücumçu ilə müqaviləni bağlamaq istəyir.
Bildirilir ki, London klubu futbolçusu üçün ən azı 120 milyon almaq niyyətindədir.
2022/23 mövsümündə hücumçu “Tottenhem”in heyətində bütün yarışlarda 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.







