“Bavariya” “Latsio”ya, PSJ “Real Sosyedad”a qarşı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Msport.az-ın məlumatına görə, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada gerçəkləşəcək.
“Latsio” Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi “Real Sosyedad”ı sınağa çəkəcək.
Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral
00:00. “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)
Baş hakim: Fransua Leteksye (Fransa).
Roma, “Stadio Olimpico”.
00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)
Baş hakim: Marko Quida (İtaliya).
Paris, “Park de Prens”.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək. Ötən gün “Mançester Siti” Danimarkada “Kopenhagen”ə 3:1, “Real” isə Almaniyada “Leyptsiq”ə 1:0 hesabı ilə qalib gəlib.







