“Bavariya” “Liverpul”un hücumçusu ilə anlaşdı
“Bavariya” “Liverpul”un hücumçusu Luis Diasla müqavilə şərtlərini razılaşdırıb.
Msport.az xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Dias 2024-25 mövsümündə “Liverpul”un heyətində 50 matç keçirib, 17 qol və 8 məhsuldar ötürmə müəllifi olub.