“Bavariya” “Marsel”in müdafiəçisini istəyir
Fransanın “Marsel” klubunun futbolçusu Conatan Kloss karyerasını Almaniyada davam etdirə bilər.
Msport.az “Saber Desfarges”ə istinadən xəbər verir ki, “Bavariya” 31 yaşlı müdafiəçi ilə maraqlanır.
Münhen təmsilçisi yayda oyunçunu almaq niyyətindədir.
Qeyd edək ki, Kloss cari mövsüm “Marsel”də 25 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.