“Bavariya” müdafiəçini satmaq istəmir
Almaniyanın “Bavariya” klubu futbolçusu Mattiys De Liqti satmaq istəmir.
Msport.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
Niderlandlı müdafiəçi azarkeşlərin tənqidinə məruz qalsa da, Münhen təmsilçisi onunla vidalaşmayacaq.
Qeyd edək ki, Mattiys De Liqt cari mövsüm 23 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.