“Bavariya” müdafiəçisini itirdi
Almaniyanın “Bavariya” klubunun futbolçusu Mattiys De Liqt zədələnib.
Msport.az xəbər verir ki, niderlandlı müdafiəçi “Saarbrüken”ə qarşı ölkə kubokunun 1/16 final matçında sıradan çıxıb.
Oyunçunun son durumu tibbi müayinədən sonra müəyyənləşəcək.
“Bavariya” “Saarbrüken”ə 1:2 hesabıyla məğlub olub və kubokda mübarizəni dayandırıb.