“Bavariya”nı “Köln” qarşısına Kompani çıxaracaq
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan ciddi problemlərdən sonra yenidən komandasının sükanı arxasına qayıdır.
Msport.az xəbər verir ki, Münhen klubunun baş direktoru Yan-Kristian Drizen belçikalı mütəxəssisin sabah “Köln”lə keçiriləcək Bundesliqa matçında məşqçi skamyasında olacağını təsdiqləyib.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqini izləyərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həkimlər onda beyin qişalarının qıcıqlanması diaqnozunu müəyyənləşdiriblər. Kompani həmin hadisə zamanı çiynini də çıxarıb. Altı gün xəstəxanada qalan baş məşqçi noyabrın 16-da ilk dəfə komandanın məşqini idarə edib.







