Musiala 2 aylıq fasilədən sonra qayıdır
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala təxminən iki aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Msport.az xəbər verir ki, Münhen klubunun baş direktoru Yan-Kristian Drizen 23 yaşlı futbolçunun sabah “Köln”lə keçiriləcək Bundesliqa matçında iştirak edəcəyini gözlədiyini bildirib.
Drizen “Bavariya”nın fəxri prezidenti Uli Hönessin Musialanın gələcəyi ilə bağlı son açıqlamalarına da münasibət bildirib. “Uli Höness bu məsələyə həssas yanaşıb. Eyni zamanda, hamımızın klub qarşısında məsuliyyəti var. Ümid edirik ki, Camal geri qayıdacaq. Əvvəlki səviyyəsinə çatmaq üçün ona müəyyən vaxt lazım olacaq”.
Qeyd edək ki, Almaniya millisinin üzvü sentyabrın 24-də Niderlandla oyunöncəsi isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib. Əzələ liflərinin yırtılması səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan Musiala noyabrın əvvəlində komanda ilə məşqlərə qayıdıb.







