featured-image-84995

“Sabah”ın qapısına üç qol vurmaqla yadda qalan 16 yaşlı Cey Cey Qabriel “Mançester Yunayted”lə vidalaşıb.

Msport.az xəbər verir ki, gənc hücumçu sosial şəbəkə hesabında emosional vida videosu paylaşaraq klubdan ayrıldığını açıqlayıb.

2020-ci ildə “Mançester Yunayted”in akademiyasına qoşulan futbolçu sentyabrda klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırmışdı. İngiltərə təmsilçisi onu komandada saxlamağa çalışsa da, gənc istedad qərarını dəyişməyib. Qabrielin karyerasını “Real”da davam etdirəcəyi gözlənilir. Madrid klubu futbolçunun transferində əsas favorit hesab olunur. Lakin keçid hələ rəsmiləşməyib.

Qeyd edək ki, Qabriel sentyabrın 10-da UEFA Gənclər Liqasının ümumi mərhələsində “Sabah”a qarşı keçirilən görüşdə het-trik etmişdi. “Mançester Yunayted”in U-19 komandası həmin qarşılaşmada Azərbaycan təmsilçisinə beş cavabsız qolla qalib gəlmişdi.

Bənzər xəbərlər