“Bavariya”nın 50 milyonluq satış planı
“Bavariya”nın vingeri Kinqsli Koman Səudiyyə Ərəbistanına köçməyi planlaşdırır.
Msport.az xəbər verir ki, ərəb ölkəsindən dörd aparıcı klub 28 yaşlı sol cinah oyunçusunun transferinə çalışır.
Fransa millisinin üzvünün satışı almanlara 50 milyon avrodan çox pul qazandıra bilər. Futbolçunun özünə isə təxminən 25 milyon avroluq məvacib təklif olunub. Komanın Səudiyyə Ərəbistanına keçidi baş tutmasa, “Arsenal” əsas alternativ olacaq.
Qeyd edək ki, Kinqsli Koman cari mövsüm bütün turnirlərdə 37 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.