“Bavariya”nın əfsanəsi MLS klubuna keçdi
“Bavariya”ın əfsanəvi futbolçusu Tomas Müllerin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ABŞ-nin “Vankuver Uaytkeps” komandası ilə anlaşıb.
Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tomas Müller bu yay keçirilən klublararası dünya çempionatından sonra “Bavariya” ilə yollarını ayırıb. Münhen təmsilçisinin heyətində ümumilikdə 756 oyunda forma geyinən təcrübəli oyunçu 250 qol vurub, 276 məhsuldar ötürmə ilə yadda qalıb.