featured-image-38809

Kanada millisinin futbolçusu Alfonso Deyvis Almaniyanın “Bavariya” klubundan ayrıla bilər.

Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi nəhəng klubların diqqət mərkəzindədir.

Fransanın PSJ, İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” klubları oyunçunu heyətinə qatmaq niyyətindədir.

Deysiv Münhen təmsilçisi ilə müqaviləni yeniləməyi hələlik düşünmür. Hazırkı sözləşmə 2025-ci ilin yayınadək qüvvədədir. Kanadalı oyunçu 2019-cu ildən “Bavariya”da çıxış edir.

Bənzər xəbərlər