featured-image-61263

“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane komandasını dəyişməyi düşünür.

Msport.az xəbər verir ki, 29 yaşlı hücumameyilli oyunçu İngiltərə qayıtmağı planlaşdırır.

Çünki “Tottenhem” Almaniya millisinin üzvünün keçidində maraqlıdır. Tərəflər arasında keçidlə bağlı danışıqlara artıq start verilib. Sane “Tottenhem”lə anlaşsa, yayda azad agent kimi London klubuna keçəcək. Çünki onun Münhen təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Leroy Sane daha əvvəl 2016-2020-ci illərdə İngiltərədə “Mançester Siti”nin formasını geyinib.

Bənzər xəbərlər