“Bavariya”nın futbolçusu məhkəmə qarşısına çıxır
“Bavariya”nın müdafiəçisi Buno Sarr vergidən yayınmaqda ittiham olunur.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, 2022-ci ilin payızında onun gömrükdə bəyan etmədiyi bahalı “Patek Filipp” saatı aşkar olunub. O, Münhen hava limanında problemlər yaşayıb. Bu markanın ən ucuz kişi saatı isə 31 min avrodur.
Sarrın özü hadisəyə qəzəblə reaksiya verib, sosial şəbəkədə gömrük əməkdaşlarının başlarında təlxək emojiləri olan fotolarını yayımlayıb. Futbolçu onları ictimaiyyət qarşısında ələ salıb. Buno Sarr həmçinin onları irqçilikdə ittiham edib.
31 yaşlı seneqallı yanvarın 18-də məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, müdafiəçi hazırda zədəli olduğu üçün komandadan kənardadır.